23 yaşlı qız dərmandan zəhərlənib

  • By admin
  • 03 Yanvar 2017 23:26

16-1

Şəkidə dərmandan zəhərlənmə hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, xəbər verir ki, bu barədə Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) məlumat verilib. Şəki şəhəri F. X. Xoyski küçəsi ev 124 ünvanında yaşayan Türkanə Hikmət qızı İsmayılova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 23 yaşlı T. İsmayılova yaşadığı ünvanda hələlik naməlum səbəbdən qəsdən 40 ədəd eyni adda dərman qəbul edib.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən T. İsmayılovanın vəziyyəti həkim müdaxiləsindən sonra stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info