232 milyonluq kokain daşıyan sualtı qayıq keçirildi

  • By admin
  • 13 İyul 2019 08:27

 

ABŞ-ın Sahil Mühafizəsi Xidməti keçirdiyi növbəti uğurlu əməliyyatın videosunu paylaşıb. 

Gununsesi.org-un “Fox News”a istinadən məlumatına görə, onlar bu dəfə Sakit okeanda içərisində 7 ton kokain olan sualtı qayığı ələ keçirib.  

Videodan göründüyü kimi, xüsusi xidmət nümayəndələri əvvəlcə kontrabandçıların sualtı qayığını təqib edir, daha sonra isə onun lyukunu sındırır.

Əməliyyat nəticəsində qayıqda olan beş kontrabandçı saxlanılıb. Müsadirə edilən narkotikin ümumi dəyəri 232 milyon ABŞ dollarıdır.

Gununsesi.org