
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevin mühakiməsi başlayıb.
Gununsesi.info xəbər verir ki, 24 yaşlı Vüsal Şıxəliyev 42 yaşlı bibisini baltalayaraq öldürüb.
Hadisə ötən il Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. Qəsəbə sakini, V.Şıxəliyev bibisini onun müəyyən xoşagəlməz hərəkətlərinə görə qətlə yetirdiyini bildirib. Qardaşı oğlu tərəfindən baltalanan Yeganə İmamverdiyevaya xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Aprelin 3-də keçirilən məhkəmədə təqsirləndirilən Vüsal Şıxəliyevin anket məlumatları dəqiqləşdirilib. Bu hadisənin hansı şəraitdə, necə baş verdiyi isə aprelin 9-da araşdırılacaq.
Gülər
Gununsesi.info