
Avqustun 6-da Bakıda intihar olayının baş verdiyi bildirilir.
Gununsesi.info-nun xəbərinə görə, hadisə Xətai rayonundakı Qaçaq Nəbi küçəsində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.
Yataqxanada məskunlaşmış Zəngilan rayon sakini, 1992-ci il təvəllüdlü Tövə Məhərrəmovanın asılmış meyiti aşkarlanıb. Olayın, hələlik, səbəbi açıqlanmır.
İşi Xətai rayon Prokurorluğu araşdırır.
Gununsesi.info