24 yaşlı qazi vəfat etdi

  • By admin
  • 24 Avqust 2022 14:13

Qazi Şahid Şükürov dünyasını dəyişib.

Gununsesi.info Unikal-a istinadən xəbər verir ki, Laçın rayonunun Qarakeçdi kənd sakini olan Vətən müharibəsi iştirakçısı, 1998-ci il təvəllüdlü Şükürov Şahid Manaf oğlu yaşadığı Ağcabədi rayonunda vəfat edib.

Qeyd edək ki, o, Vətən müharibəsinə könüllü yollanıb və ayağından qəlpə yarası alıb.

Ş.Şükürov ailəli idi. İki övladı var.

Gununsesi.info