24 yaşlı qız intihara cəhd edib - VƏZİYYƏTİ AĞIRDIR

  • By admin
  • 01 Fevral 2018 08:20

Göygöl sakini intihara cəhd edib.

Gununsesi.info xəbər verir ki, rayonun Aşıqlı kənd sakini, 1994-cü il təvəllüdlü K. Abbasova dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, qadın həddən artıq dərman həbləri qəbul edərək intihara cəhd edib. Onun hansı səbəbdən intihara cəhd etdiyi hələ ki, məlum deyil.

Gununsesi.info