2400-dən çox ukraynalı uşaq Belarusa aparılıb

Yale Universitetinin araşdırmasına görə Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ən azı 17 şəhərindən xeyli sayda azyaşlı aparılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata əsasən, bunlar altı yaşından 17 yaşa qədər olan uşaqlardır.

Onlar Belarusun 13 müəssisəsində, o cümlədən Minsk vilayətindəki Dubrava uşaq mərkəzində yerləşdirilib.

“Rusiyanın ukraynalı uşaqların müəyyən edilməsi, toplanması, daşınması və yenidən təhsili üzrə sistemli səyləri Belarusun yardımı ilə həyata keçirilir. Rusiya hökuməti və Belarus rejimi Rusiyanın işğalı altında olan Ukraynadan uşaqların Rusiyadan keçərək Belarusa köçməsini birgə əlaqələndirir və maliyyələşdirir. ”, – deyə hesabatda bildirilir.

Onlar əmindirlər ki, uşaqların Rusiya vasitəsilə Belarusa daşınması son nəticədə Putin və Lukaşenko arasında razılaşdırılıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabrından 2023-cü ilin mayına qədər Belarusun Minsk vilayətindəki “Dubrava” uşaq mərkəzinə 2 mindən çox ukraynalı azyaşlı gətirilib. 392 azyaşlı isə Belarusun 12 başqa müəssisəsinə yerləşdirilib.

 

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info