25 erməni Qarabağdan Ermənistandakı qohumlarına videozəng edib

Sentyabr-oktyabr aylarında Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi illə Qarabağdan Ermənistana 220 nəfərin cəsədi aparılıb ki, onların arasında Xankəndidəki yanacaqdoldurma məntəqəsində baş vermis partlayışın qurbanları da var.

Gununsesi.info xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) məlumatınmda bildirilib.

“Biz yaralıların və tibbi yardım alanların təxliyəsini, həmçinin ailələrin birləşdirilməsini və qalıqlarla ləyaqətlə rəftar edilməsini dəstəklədik”, – məlumatda qeyd edilib.
Ətraflı

Bildirilib ki, həmin müddət ərzində Ermənistana 124 yaralı və tibbi xəstə köçürülüb.

Təxminən 2500 nəfər BQXK-nın ofisinə zəng vurub və ya ziyarət edib, itkin düşmüş qohumunu axtarıb və məlumat istəyib.

“Qarabağda 25 nəfər Ermənistandakı və digər ölkələrdəki qohumları ilə videozənglər və telefon zəngləri vasitəsilə əlaqə saxlaya bilib”, – BQXK-dan bildirilib.

 

 

Gununsesi.info