25-i xarici vətəndaş olmaqla 233 İŞİD-çi saxlanıldı - TÜRKİYƏDƏ

  • By admin
  • 12 İyul 2017 23:53

polis

Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən ölkənin 29 vilayətində aparılan əməliyyatlar çərçivəsində İŞİD qruplaşmasına mənsub olduğu iddia edilən 233 nəfər saxlanılıb.

Gununsesi.info-nun məlumatına görə, onlardan 25 nəfərinin xarici vətəndaş olduğu bildirilir. Həmin şəxslərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanmayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Konyada İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Konya polsinin yaydığı xəbərə görə, əməliyyat nəticəsində 4 polis əməkdaşı yaralanıb.

Gununsesi.info