25 il həbsdən sonra yenidən tutuldu - FOTO

  • By admin
  • 09 Yanvar 2023 09:25

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən rayonun Qıraqlı kənd sakini, əvvəllər törətdiyi müxtəlif cinayətlərə görə ümumilikdə 25 il həbs həyatı yaşayan Əfqan Quliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, Ə.Quliyev ötən ilin noyabr-dekabr aylarında, eləcə də yanvarın 7-də rayon ərazisində yerləşən dörd fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmişlərə ümumilikdə 6000 manata yaxın maddi ziyan vurub. Bundan əlavə, qeyd edilən müddət ərzində saxlanılan şəxsin Mustafabəyli KEATS-in xidmət göstərdiyi rayonun Bəylik kəndi ərazisində uzunluğu 1200 metr olan kabel oğurlaması da müəyyən edilib.

Həmçinin saxlanılan zaman polis əməkdaşları tərəfindən Ə.Quliyevin yaşadığı ünvana keçirilən baxış zamanı oradan təmiz çəkisi 6 kiloqram 100 qram olan marixuana da aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Onun digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Gununsesi.info