25 ildən sonra Özbəkistanla Tacikstan arasında aviauçuşlar bərpa olunub - FOTO

  • By admin
  • 11 Fevral 2017 11:15
daskend
İki ölkə arasında ilk təyyarə reysi fevralın 10-da Düşənbədən Daşkəndə baş tutub.
Gununsesi.info “Asiya-plyus”-a istinadən xəbər verir ki,  Tacikstana məxsus “Somon Air” aviaşirkətinə məxsus  təyyarə  Daşkənd hava limanına eniş edib. İlk reysin sərnişinləri əsasən rəsmilər, KİV nümayəndələri və sadə Tacikstan vətəndaşalrı olub.
Daşkəndlə Düşənəbə arasındakı hava məsafəsi 45 dəiqəqə olmasına baxmayaraq,  aviabiletlərin qiyməti 140 dollar civarındadır. Aviabiletin baha olması insanlarda da narazılıq yaradır.
“Asiya-plyus”-un yazdığına görə, bu reysdən çox insanlar istifadə etmək istəsə də, biletin baha olması  çətinlik yaradır.  Düşənbə ilə Daşkəndə avtobusla gəlmək üçün 10 saat olduğundan hamı  təyyarə ilə uçuşa üstünlük vrmək istəyir. Avi biletin baha olması nəticəsində    Daşkəndə gəlmək istəyən  sadə vətəndaşlar belə baha bileti əldə edə bilmir.
Qeyd edək ki, sovetlər dönəmində Daşkəndlə Düşənbə arasında gündəlik bir neçə aviareys mövcud olub.
1992-ci ildə  Tacikstanda baş verən vətəndaş qarşıdurmasından sonra  aviəlaqələr kəsilib. 2009-cu ildə aviəlaqələrin qurulması istiqamətində anonslar verilib razılıq əldə edilsə də, bu reallaşmayıb.
2016-cı ilin payızınadək aviaəlaqələrin qurulması məsləsi həllini tapmayıb. Ancaq Şövkət Mirzəyevin hakimiyyətə gəlişindən sonra iki ölkə arasında aviaəlaqələrin qurulması mümkün olub.
Gununsesi.info