“25 sentyabr referendumu” ilə bağlı Ərdoğan “ipin ucu qaçdı”, BAXÇALI İSƏ "FASO-FİSO" DEDİ

  • By Mayil
  • 13 İyun 2017 23:45

erdogan

“Artıq ipin ucu qaçıb”.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə cümhurbaşqanı, AKP genəl başqanı Rəcəb Tayyib Ərdoğan ilk dəfə “İraq Kürdüstanı” adlı qondarma qurumun sentyabrın 25-də müstəqillik referendumu keçirməyə hazırlaşmasına münasibətini bildirərkən deyib.

O, bu yöndə fikirlərini AKP-nin qrup toplantsında səsləndirib.

Ərdoğan bunları bildirib;

“Bərzani yönətiminin bu qərarı məni dərindən üzüb. Bu, çox  yanlış bir addımdır və İraqının bötüvlüyünə təhdiddir.

Biz hər zaman İraqın bütövlüyünü  müdafiə etdik, ancaq artıq görürük ki, ipin ucu qaçıb…

MHP genəl başqanı Dövlət Baxçalı da partiyasının qrup toplantısında bir daha 25 sentyabr referendumuna qarşı sərt fikirlər söyləyib.

erdogan-bahceli-gorusmesi-basladi-7923633

“Bunlar hamısı “faso-fiso”dur. Türkiyə qapısı qarşısında genəqondu qurdura bilməz…”-deyə. Baxçalı sözlərinə əlavə edib.

KAMİL

Gununsesi.info