Şəmkirdə bıçaqlanma olub.
Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, rayonun Sabirkənd kənd sakini 1991-ci il təvəllüdlü Elşad Sadiqov bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Yaralının vəziyyəti orta ağır qiymətləndirilir. İlkin ehtimala əsasən, E. Sadiqov həmkəndlisi tərəfindən bıçaqlanıb.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info