Şəmkirdə qətl törədilib.
Gununsesi.info-nun verdiyi məlumata görə, rayonun Morul kənd sakini, 1978-ci il təvəllüdlü Quliyev Süleyman Çingiz oğlu qarnın kəsilmiş-deşilmiş xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, dərhal əməliyyat edilsə də, bir neçə saatdan sonra reanimasiya şöbəsində ölüb. Aparılan araşdırma zamanı məlum olub ki, S. Quliyevi mübahisə zəminində həmkəndlisi, 1991-ci il təvəllüdlü Rəhim Ağayevi bıçaqlayaraq qətlə yetirib. R. Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.
Gununsesi.info