Şəmkir rayon sakinini elektrik cərəyanı vurub.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün qeydə alınıb.
Rayonun Bayramlı kənd sakini, 25 yaşlı Rövşən Şamilov çayda suya elektrik buraxıb oradan balıq tutmaq istəyərkən cərəyan onu vurub.
R. Şamilov dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gununsesi.info