25 yaşlı oğlan cinsiyyət orqanını kəsib tualetə atdı - O, QADIN OLMAQ ÜÇÜN BELƏ EDİB

  • By admin
  • 24 May 2017 10:58

cinsiyyet orqanini kesdi

İstanbulun Aydınlı bölgəsində psixoloji problemləri olduğu irəli sürülən 25 yaşlı H.Ş. bıçaqla cinsiyyət orqanını kəsib tualetə atıb.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi məlumata görə, xəstəxanaya çatdırılan gənc həkimlərə “Qadın olmaq istəyirəm” deyib.

Aydının Nazilli mahalında ötən axşan saat 21.30  radələrində baş verən hadisədə 25 yaşlı H.Ş. eyni bıçaqla özünü sol qarın boşluğu və boğazından da yaralayıb. H.Ş. daha sonra qanıyla divara “Yayımda və istehsalda əməyi keçən hər kəsin a … … m” yazıb. Səs-küy eşidən qonşuların xəbərdarlığı sonrası evə gələn polislər H.S.-ni çətinliklə sakitləşdirə biliblər.

Gununsesi.info