Suraxanıda BDU-nun 100 illiyi ilə əlaqədar tədbir keçirildi

  • By admin
  • 21 Fevral 2018 16:52

“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Suraxanı rayon İcra Hakimiyyətində BDU-nun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.  

Gununsesi.info-ya  BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumatada bildirilib ki, Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə BDU-nun bu rayondan olan məzunları iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, sonra isə ümummilli liderin adını daşıyan parkda universitetin 100 illiyi ilə əlaqədar xatirə ağacı əkilib.  

Sonra Azərbaycan Respublikası Prezideti yanında “Bilik” Fondunun rəhbəri Oqtay Səmədov BDU ilə rəhbərlik etdiyi qurum arasındakə əlaqələrdən, universitetin yubileyi ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirlərdən, birgə əməkdaşlıq məsələlərindən bəhs edib. “Sütunlar” filminin nümayişindən sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı imzaladığı sərəncamlardan danışıb. Bildirib ki, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis edilməsini Cümhuriyyətin gördüyü mühüm işlərdən biri olduğunu deyən rektor əlavə edib ki, milli hökumət yarandığı ilk günlərdən həlli mühüm olan bir sıra iqtisadi və siyasi problemlərlə üzləşsə də, xalqın maariflənməsi üçün çox ciddi addımlar atıb. Rektor o dövrdə universitetin yaradılması ideyasının meydana çıxmasını şərtləndirən bir sıra amillər haqqında da danışıb. Bakı Dövlət Universitetinin tarixi ilə ölkəmizin tarixi arasında bir vəhdət, üzvi əlaqə mövcud olduğunu deyən rektor qeyd edib ki, BDU-nun yaradılması tarixinə nəzər saldıqda, təsis edildiyi günə kimi respublikamız kimi onun da nə qədər çətinliklərlə üzləşdiyini müşahidə etmək olar.

Qarşılıqlı təltiflərdən Suraxanı rayonundan olan BDU məzunları  Elşad Həsənov, Məhluqə Əzizova və Oktay Səmədov, o BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birinci kurs tələbəsi Nərminə Nəzərli çıxış edib.

Tədbir konsert proqramı ilə başa çatıb.

Gununsesi.info