Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun balıq festivalında geyindiyi plaş sosial şəbəkədə müzakirələrə səbəb olub.
Gununsesi.info xəbər verir ki, icra başçısının üst geyiminin “Hugo Boss Burberry” brendinə məxsus olduğu qeyd olunub.
İddiaya görə, geyimin qiyməti təxminən 26 min AZN civarındadır.
Mirhəsən Seyidov isə yayılan xəbərlərə aydınlıq gətirib:
“Birincisi, onu qeyd edim ki, mən bu paltonun “Berbery” markasından olduğunu sizdən eşidirəm. İkincisi, bu plaş mənim əynimdədir və bunu 3 il bundan qabaq mən 350 manata almışam. Üçüncüsü isə nbunu yayan yoldaşlara bir neftçalalı kimi mənim dəvətim var. Dəvət edirəm Neftçalaya ki, gəlsinlər və möhtərəm cənab prezidentin yüksək diqqəti ilə Neftçalada artan iqtisadi gücü, neftçalalı zəhmetkeşlərin əldə etdiyi uğurları işıqlandırsanlar. Birinci Balıq Festivalı da hesab edirəm ki, uğurla həyata keçirilib. Doğma rayonumuza xeyirli-uğurlu olsun”.













