“Buta Airways” 2018-ci il iyunun 7-dən etibarən Türkiyənin məşhur kurort şəhəri – Alanyaya birbaşa uçuşlara başlayır.
Bu barədə Gununsesi.info-ya “Buta Airways” mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aviaşirkətin digər istiqamətləri kimi Bakı-Alanya (Qazipaşa hava limanı) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar iyunun 7-dən etibarən həftədə iki dəfə – cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında, həmçinin satış ofislərində əldə etmək mümkündür.
Lou-kost aviaşirkət olaraq, minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

Mürtəza
Gununsesi.info