27 il sonra İraq və Səudiyyə Ərəbistanı arasında aviareyslər bərpa olunub

  • By admin
  • 18 Oktyabr 2017 20:50

F286D44F-7700-41BC-ABC4-254F7030B314

İraq və Səudiyyə Ərəbistanı arasında 27 illik fasilədən sonra aviareyslər bərpa olunub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İraq Nəqliyyat Nazirliyi elan edib.

Bu gün Bağdad hava limanında 27 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanının təyyarəsi eniş edib. Qeyd olunur ki, bu ölkənin “Flynas” aviaşirkəti İraqın müxtəlif regionlarına uçuşlar həyata keçirəcək.