“Mən 27 ildir ki, deputatam. Bu müddət ərzində Azərbaycanda olan bütün vəzifəli şəxslərlə görüşmüşəm”.
Gununsesi.info xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin 10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatı Madər Musayev deyib.
Deputat indiyə kimi heç bir xarici ölkədə olmadığını da bildirib.
“Mən indiyə kimi heç bir ölkəyə səfər etməmişəm. Heç bir ölkəyə səfər etməyi də xoşlamıram. Mənim üçün ən doğma yer vətənimiz Azərbaycandır. Ölkə hüdudları daxilində isə bütün vəzifəli və rəhbər şəxslərlə görüşmüşəm”.
Qeyd edək ki, seçicilərinin Hacı Madər olaraq tanıdığı Madər Musayev ilk dəfə 1990-cı ildə 12-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib. Bundan sonra isə 1995, 2000, 2005, 2010, 2015-ci illərdə dalbadal Milli Məclisə deputat seçilib.
Gununsesi.info