O, ata qorxusu ilə böyümüş uşaq idi. İçərisindəki müəyyənləşdirə bilmədiyi cinsi kimliyi səbəbindən həyatının ilk illərində psixoloji çöküş yaşan Fritz insanlardan uzaqlaşmışdı, lakin içərisindəki canini kəşf etdikdən sonra dünya tarixinə adını yazdıracaq qədər ağır qətllər törətmişdi.
Gununsesi.org xəbər verir ki, “Hannover qəssabı” olaraq tanınan Fritz Herman 1879-cu ildə Almaniyanın Hannover qəsəbəsində dünyaya gəlib. Çox dərin düşüncəli olmayan Fritz ətrafındakılardan fərqli olduğunu dərk etdikdən sonra assosial biri olmağa başlayıb və daha çox qız kimi geyinməyə və onların oyunlarını oynamağa meyl edirdi.
Lakin Hermanın ailəsi, xüsusilə də atası onun bu marağına isti münasibət göstərməyərək, Fritzi 16 yaşına çatdıqdan sonra hərbi məktəbə göndərdi.
Hərbi məktəbdə ciddi rejimə ayaq uydura bilmədiyi və sağlıq problemləri baş qaldırdığı üçün bir müddət sonra məktəbdən atıldı. Fritzin uşaqlıq və ilk gənclik illəri ata qorxusu və cinsi kimliyi ilə bağlı yaşadığı qarışıq duyğular içərisində keçdiyi üçün heç bir yerdə kök sala bilməyib.
Fritz məktəbdən qovulduqdan sonra bir müddət tütün fabrikində işləməyə başladı. Hər nə qədər kənardan rahat həyat yaşayırmış kimi görünsə də, işin əsli başqa cür idi.
18 yaşında olarkən azyaşlı bir uşağa təcavüz etdiyi üçün tutulan Fritz daha sonra psixoloji problemləri olduğu düşünüldüyü üçün psixoloji dispanserə göndərildi. Burada 6 ay qaldıqdan sonra əlinə keçən ilk fürsətdə xəstəxanadan qaçıb, İsveçrəyə getdi.
İsveçrəyə gəldiyi ilk zamanlarda küçədə yaşamağa məcbur olan Fritz küçə heyvanlarını öldürməyə başlamışdı. Onun içərisindəki cani yavaş-yavaş baş qaldırırdı. Fritz küçədə gördüyü heyvanlara işgəncə verir, öldürdükdən sonra ya evlərin qapılarına atır, ya da ağacdan asırdı.
Bir müddət sonra sanki tale üzünə gülməyə başladı. Özünə iş tapdı və sonra nişanlandı. Nişanlı olsa da Fritz yenə öz əməllərindən əl çəkmədi. Belə ki, tez-tez yeni tanışlıqlar edir, tanıdığı kişilərlə münasibətdə olurdu. Bütün bunları öyrəndikdən sonra nişanlısı Fritzi tərk etdi.
Burada da azyaşlı oğlanlara təcavüz etdiyi öyrənildikdən sonra Fritz yenidən Honnoverə qaçdı. Lakin burada da rahat dayanmadı. Polis tərəfindən yaxalanan Fritz birinci dünya müharibəsi boyunca həbsdə qaldı.
Həbsdən çıxdıqdan sonra əvvəllər yaşadığı yerə qayıdan Fritz burada Hans Qrans adlı biri ilə tanış oldu. Elə bu tanışlıq onun silsilə cinayətlərinin başlağıcı oldu.
Qrans ilə birlikdə cinayətlər törədən Fritz daha çox gənc oğlanları hədəf alırdı. Qurbanlarını əvvəlcə evinə dəvət edir, yemək hazırladıqdan sonra qarınlarını doyurur, sonda onları əvvəlcə boğurdu, sonra isə boğazlarını dişləyirdi. Öldürdükləri adamların bədənlərini parçalayıb, “qara bazar”da satırdılar. Bədənlərin yararsız hissəslərini evlərinin yaxınlığındakı gölə atırdılar. Bəzən cinayət ortaqları qurbanlarının paltarlarını da satıb, pul qazanırdılar.
Fritzin son qurbanı 17 yaşlı Erik de Vires oldu. Bu cinayətin ardınca polislər qatili tapmaq üçün “insan ov”una çıxdılar. Əvvəllər işlədiyi cinayətlər Fritzi ələ verdi. Polislər ilk olaraq ondan şübhələnməyə başladılar. İkinci bir diqqət çəkən məqam isə Fritzin yaşadığı evin yanındakı göldə insan sümüklərinin tapılması oldu.
Fritzin evində həyata keçirilən axtarışlar nəticəsində cinayət zamanı istifadə etdiyi alətlər, qurbanların paltarları, ətləri satmaq üçün istifadə etdiyi qutular ələ keçirildi.
Bütün bunlardan sonra işlədiyi cinayətləri etiraf etməyə məcbur qalan Fritz, Qransın da onunla birgə edam edilməsi üçün özünün işlədiyi cinayətlərdən bəzilərini onun üzərinə atdı.
Yaşları 10 və 22 aralığında olan 27 nəfərin vəhşicəsinə öldürülməsində ittiham edilən Fritz 1925-ci ildə gilyotinlə edam edildi. Edam edilmədən öncə isə son sözləri bu oldu:
“Etdiklərimdən peşman olsam da, ölümdən qorxmuram”.
Edam edildikdən sonra Fritzin başı tibb fakultəsi tələbələrinin araşdırma aparması üçün Göttingen universitetinə verildi.
Gununsesi.org