Vahid Əhmədov: “Şəhid və qazilərimizin qəhrəmanlığı bizə əbədiyyət qazandırdı”.
Bu gün 27 sentyabr- Anım Günüdür.
Gununsesi.info olaraq millət vəkili Vahid Əhmədovla söhbətimizdə Vətən müharibəsi və post-müharibə dönəminin ən vacib olaylarını şərh etməyə çalışdıq:
-Vahid müəllim, bu gün Anım Günüdür. Bu günü tariximiz və gələcəyimiz baxımından necə xarakterizə edərdiniz?
-27 sentyabr sadəcə Anım Günü deyil. Bu gün xalq və dövlət olaraq yenidən var olduğumuz gündür. Azərbaycan xalqı məhz bu gün ayağa qalxaraq öz torpaqları uğrunda ölüm-dirim savaşına qalxdı. Ali Baş Komandanın, qəhrəman Azərbaycan Ordusunun ətrafınsa sıx birləşən xalqımız 44 günlük müharibənin hər saatı, hər dəqiqəsində Prezidentimizin, əsgərlərimizin yanında oldu. Azərbaycan xalqı hər şeyi ilə Ali Baş Komandana, Azərbaycan Ordusuna hiss etdirdi ki, onun yanındadır və qələbə üçün hər cür fədakarlığa hazırdır.
27 sentyabr tariximizin ən şanlı səhifəsidir. Çünki biz bu gün 200 illik erməni yalanına, erməni təxribatına, erməni siyasətinə qalib gəlmişik. Bu gün biz ermənilərlə yanaşı, onların dünyadakı havadarlarına da göstərmişik ki, Azərbaycan xalqını yenmək, Azərbaycan Ordusunun məğlub etmək mümkün deyil. Kim ki, bunu arzulayır, bu, onların ürəyində hər zaman arzu olaraq qalacaqdır.
27 sentyabrın gələcəyimiz baxımından da önəmi böyükdür. Çünki bu müharibə faktiki olaraq Azərbaycan xalqının, Azərbaycan dövlətinin gələcəyini müəyyən etdi. Biz qalib gəlməklə, işğaldakı torpaqlarımızı azad etməklə bütövlüyümüzü, suverenliyimizi təmin etdik. İşğal faktorunun ortadan qaldırılması bizə imkan verdi ki, daha sürətli inkişaf yoluna qədəm qoyaq.
Bu gün Azərbaycan öz iqtisadiyyatını sürətlə genişləndirməkdə, bu sahədə çox böyük uğurlara imza atmaqdadır. İşğaldan azad edilən ərazilərdə inşa edilən hava limanları, yeni yollar və körpülər, sənaye və kənd təsərrüfatı müəssisələri buna nümunədir. Bütün bunlar məhz 8 Noyabr zəfəri sayəsində mümkün olub və bu zəfər bundan sonra yeni uğurlarımız üçün ciddi zəmin olaraq qalacaqdır.
Mən bizə bu zəfəri bəşx edən Müzəffər Ali baş Komandana, Azərbaycan Silahlı Qüvvələrinə təşəkkür edir, şəhdilərimizə Allahdan rəhmət diləyirəm. Əminəm ki, bu böyük qələbədə payı olan hər bir şəxs əsrlər sonra da xalqımız tərəfindən ehtiram hissi ilə yad ediləcək, sevgi ilə xatılanacaq.
-Vətən müharibəsindən 3 il sonra – 19-20 sentyabr tarixilərində Azərbaycan Qarabağda antiterror tədbirlərinə start verdi. Sizcə bu tədbirlər bölgədə və regionda hansı dəyişikliklərə səbəb oldu?
-Antiterror tədbirlərinə səbəb Qarabağda erməni separatçılarının, habelə Ermənistan ordusuna məxsus qalıqların mövcudluğu idi. Məhz antiterror tədbirləri nəticəsində bu qanunsuz dəstələri ləğv etmək, onları bölgədən çıxarmaq mümkün oldu.
Bildiyiniz kimi, antiterror tədbirlərindən sonra separatçılar ağ bayraq qaldırdı və öz silah-sursatlarını Azərbaycan Ordusuna təhvil verməyə başladılar. Məlum proses bu gün də davam etməkdədir.
Antiterror tədbirləi bölgədə çox şeyi dəyişdi, yeni reallıqlar yaratdı. Bu tədbirlər göstərdi ki, Azərbaycan öz təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanıb və onun suverenliyini, ərazi bütövlüyünü hədəf alan istənilən təhdidə qarşı barışmazdır.
Antiterror tədbirləri ölkəmizə imkan verdi ki, Qarabağda ermənilər yaşayan ərazilərə de-fakto nəzarət imkanı əldə etsin, yeni risk və təhlükələrin meydana gəlməsinə imkan verməsin.
-Vahid müəllim, bir neşə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfər etdi və Prezident İlham Əliyevlə birlikdə bir sıra vacib mesajlar verdi. Bu mesajlarla bağlı da fikrinizi bilmək istərdik.
-Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçımız İlham Əliyevlə birlikdə Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak etdi. Türkiyə Prezidenti Naxçıvandan Ermənistana çağırış etdi. Bildirdi ki, “Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz”.
Ərdoğanın bu açıqlaması Türkiyənin və Azərbaycanın sülhə, regional təhlükəsizliyə nə qədər mühüm önəm verdiyini bir daha ortaya qoydu.
Türkiyə Prezidentinin çağırşıdna diqqət çəkən məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı oldu. Ərdoğan bir daha bəyan etdi ki, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açıması üçün əlindən gələni edəcək. Bununla yanaşı, qardaş ölkə başçısı Ermənistanın bu prosesə əngəl olacağı təqdirdə, dəhlizin İran ərazisindən keçə biləcəyini də vurğuladı.
Ərdoğanın məlum açıqlaması göstərdi ki, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin nəyin bahasına olursa-olsun açılmasıdna maraqlıdr və bu işdə sona qədər siyasi iradə sərgiləyəcəklər.
Türkiyə Prezidenti Naxçıvanın ölkəsi üçün əhəmiyyətinə də toxundu və bildirdi ki, Naxçıvanın qaz təchizatı Türkiyə tərəfindən həyata keçiriləcək.
-Türkiyə Prezidenti ölkəmizin Qarabağdakı ermənilərə göstərdiyi humanitar yardımlara da diqqət çəkdi və bunu alqışladı. Həmçinin qeyd etdi ki, Azərbaycanın bu addımları hər cür tərifdən üstündür. Sizcə Ərdoğanın bu açıqlaması Azərbaycanın humanist siaysətinə beynəlxlq səviyyədə verilən qiymət hesab edilə bilərmi?
-Şübhəsiz!
Azərbaycan Qarabağdakı ermənilərə ard-arda humanitar yardımlar göndərməklə sadəcə sözdə deyil, həm də əməli baxımdan onların yanında olduğunu, sadə ermənilərin qayğı və problemlərini bölüşdüyünü göstərdi. Məhz bu səbbədən də Ərdoğan Azərbaycanın bu addımını yüksək qiymətləndirdi, bunu misli-bərabəri olmayan addım kimi xarakterizə etdi. Eyni zamanda, Ermənistaan üz tutaraq bildridi ki, xarici ölkələrdən, erməni lobbisindən gələn təxribat sifarişlərinə uymasın, Azərbaycanın sülhpərvər siaysətini düzgün dəyərləndirsin.
Əslində, Azərbaycan Qarabağdakı sadə ermənilərə yardım etməklə Ermənistanla yanaşı, xaricədki erməni lobbisini, habelə, Fransa kimi təxribatçı dövlətləri də fakt qarşısında qoydu. Rəsmi Bakı bununla sübut etdi ki, o, yalnız və yalnız separatçılara, qanunsuz silahlı briləşmələrə qarşı mübarizə aparır. Onun sadə adamlar, mülki şxəslərlə heç bir problemi yoxdur və heç vaxt da olmayacaq. Azərbaycanın Xankəndinə göndərdiyi ərazaq və yanacaq yardımları bunun sübutudur.
Təbii, Azərbaycan və Türkiyənin səylərinə baxmayaraq, bu gün də regionda sülhü, sabitliyi pozmaq istəyən, beynəlxalq güc mərkəzlərinin, erməni lobbisinin sifarişlərini həyata keçirmək qüvələr mövcuddur. Lakin mən əminəm ki, iki qardaş dövlətin – Azərbaycan və Türkiyənin qətiyyəti bu problemi də həll edəcək, türk dünyası regionda uzunmüddətli sülh və sabitliyi təmin edəcək!
Gununsesi.info