27 yaşlı aktrisa 59 yaşlı rejissorla eşq yaşayır - FOTO

  • By admin
  • 28 Aprel 2018 19:25

27 yaşlı aktrisa Cennifer Lourens 59 yaşlı rejissor Devid О’Rasellə eşq yaşayır. 

Gununsesi.info xəbər verir ki, cütlüyü Nyu-York küçələrində səmimi halda görənlər olub. Onlar əvvəlcə restoranda şam edib, daha sonra isə gecə gəzintisinə çıxıblar.

Qeyd edək ki, Cenniferlə Devid 2012-ci ildə “Mənim sevgilim psixdir” filminin çəkilişi zamanı tanış olublar. Aktrisa məhz bu filminə görə “Oskar” alıb. Lourens daha sonra rejissorun “Amerikasayağı fırıldaq”, “Coy” filmlərində çəkilib.

Gununsesi.info