27 yaşlı qadın xalça ilə evləndi - FOTO

  • By admin
  • 08 Dekabr 2019

İngiltərənin Mançester şəhərində qəribə hadisə olub. 

Gununsesi.org xəbər verir ki, Bekki Cocks 27 yaşlı qadın 1 il öncə aldığı xalçanı çox sevdiyini iddia edərək onunla evlənib.

Aldığı xalçanı sevdiyini tez-tez dilə gətirən Bekkinin yaxınları ona “Xalçanı çox sevdinsə onunla evlən” deyərək zarafat ediblər. 27 yaşlı qadın isə bu sözləri ciddi qəbul edib və xalça ilə evlənib.

Xalçanın üzərinə basmayacağına söz verən gənc qadın onu qorumaq üçün çox zaman sərf etdiyini deyib.

Gununsesi.org