273 cinayət işinin istintaqı tamamlanıb

  • By admin
  • 25 Aprel 2022 13:00

2022-ci ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən başlanmış 273 cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

“Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə 273-dür.

Belə ki, 2022-ci ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən başlanmış 273 cinayət işinin istintaqı tamamlanıb. Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur”, – məlumatda deyilir.

Gununsesi.info