Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub.
“Gununsesi” Təhsil Nazirliyinə istinadən xəbər verirki, olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə 274 nəfər qalib elan olunub.
Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimpiada.edu.az saytından əldə etmək mümkündür.
Olimpiada qaliblərinin mükafatlandırılma mərasimi iyunun sonlarında keçiriləcək.
Qeyd edək ki, mayın 5-də ADA Universitetində informatika, 25-də isə Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib.