28 ildən sonra Şuşada oxunan ilk Azan - VİDEO

  • By admin
  • 11 Noyabr 2020 21:17

Azərbaycanın tarixi şəhəri Şuşada 28 ildən sonra ilk dəfə Azan oxunub.

Gununsesi.info xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.

Azanı oxuyan şəxs də Azərbaycan Ordusunun əsgəridir.

Qeyd edək ki, Şuşa şəhəri 10 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad olunub.

Onu da xatırladaq ki, Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bildirmişdi: “Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir”

 

 

Gununsesi.info