28 Mayda kimlər əfv oluna bilər?

  • By admin
  • 25 Aprel 2022 14:58

Bunu Publika.az-a açıqlamasında hüquq müdafiəçisi, İşçi Qrupun üzvü Novella Cəfəroğlu deyib.

Hüquq müdafiəçisi bildirib ki, onların tərtib etdiyi siyahıda onlarla məhbusun adı var:

“Bizim təqdim etdiyimiz siyahıda təxminən 37-38 nəfərin adı var idi. Onların arasında blogerlər, jurnalistlər, bir sıra tanınmış məhbuslar da var. Gədəbəyin keçmiş icra başçısı Saleh Məmmədov, Şəmsi bəy və başqalarının adları da bizim siyahımızda yer alıb. Ümid edirik ki, onların əksəriyyəti buraxılacaq. Hətta bir sıra siyasi məhbus da əfv olunmaq üçün Prezidentə müraciət ünvanlayıb. Onların da, bizim də müraciətlərimiz var. Saleh Məmmədovun əfv olunması üçün müraciət edib-etmədiyini dəqiq bilmirəm. Əsas biz öz müraciətimizdə Saleh Məmmədovun adını birinci yazmışıq ki, ilk olaraq onu həbsdən azad etsinlər. Əfv Komissiyası artıq toplaşmağa başlayıb. Hesab edirəm ki, yığışıb öz sözlərini deyəcəklər”.

Gununsesi.info