
Binəqədi rayonunda yerləşən Beynəlxalq Avtovağzalda döyülmə faktı baş verib.
Gununsesi.info-nun ölkə.az-a istinadən xəbərinə görə, 1990-cı il təvəllüdlü Təbriz Yusifov 3 nəfərin zərbələrinə məruz qalıb. Hadisənin necə baş verməsinə gəlincə, T.Yusifov tanımadığı şəxslər tərəfindən təhqir olunub sonra isə döyülüb. İnsidentin baş verməsinə səbəb isə, Təbrizin tanımadığı cavanlardan ünvan soruşması olub. Bu isə tüfeyli həyat sürən gənclərin xoşuna gəlməyib və nəticədə məlum hadisə baş verib.
Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində istintaq araşdırmalarına və həmin şəxslərin axtarışlarına başlanılıb.
Gununsesi.info