28 yaşlı gənc yaşadığı evdə özünü asdı

  • By admin
  • 24 Yanvar 2018 13:08
Ucarda intihar olub.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, rayonun Qaracallı kəndində 1990-cı il təvəllüdlü Qafil Əlimərdan oğlu Nəbiyev yaşadığı evdə özünü asaraq, öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Ucar rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Gununsesi.info