
Bakıda 28 yaşlı oğlan intihar edib. Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində qeydə alınıb.
Burada yaşayan 1989-cu il təvəllüdlü Hacı Hacıyev özünü iplə asaraq intihar edib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Gununsesi.info