
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinə Xaçmaz rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.
Gununsesi.info FHN-nə istinadən xəbər verir ki, məlumat daxil olan kimi Dövlət Sularda Xilasetmə Xidmətiin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Rusiya Federasiyası vətəndaşı, 1988-ci il təvəllüdlü, Nağıyev Arzu Gündüz oğlunun cəsədini sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.
Gununsesi.info