29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı

  • Müəllif: Firuzə
  • 10 Oktyabr 2026 17:27

Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 9-da ümumi çəkisi 28,6 kiloqramdan artıq narkotik vasitə və 2064 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Gununsesi.info