3 arvadı olan siyasətçinin deputat seçilməsi Türkiyəni qarışdırdı - FOTOLAR

  • By admin
  • 01 İyun 2023 10:58

Yenidən Rifah Partiyasından Türkiyə Böyük Millət Məclisinə deputat seçilən Ali Yükselin 3 arvadının olduğu məlum olub.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu, ölkədə qadın hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların etirazına səbəb olub.

Canan Güllü

Türkiyə Qadın Dərnəkləri Federasiyasının prezidenti Canan Güllü Mülki Məcəlləni pozan şəxsin parlamentə daşındığını bildirib: “Bu şəxsin Türkiyə Böyük Millət Məclisində olması qadınlar adına səhvdir, xətadır, cinayətdir, qanun pozuntusudur”.

 

İstanbul Vəkillər Kollegiyasının Qadın Hüquqları Mərkəzinin rəhbəri Birsen Baş Topaloğlu bəyan edib ki, Yüksel kimi çoxarvadlılığı müdafiə edən və dünyəvilik əleyhinə olan insanların millət vəkili olması narahatlıq doğurur. Topaloğlu, “İstanbul Konvensiyası bir gecədə çıxdı. Hazırda 6284 saylı qanunun ləğvi, alimentin ləğvi və uşağın zorlayan şəxslə evləndirilməsi illərdir ki, reallaşması arzulanan ideya kimi  danışılır” deyə bildirib.

Hulya Gülbahar

 

Hələlik deputat özü bu barədə açıqlama verməyib.

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info