3 cüdoçumuz gümüş medal qazandı

  • By admin
  • 26 İyul 2022 20:19

Azərbaycanın daha bir cüdoçusu Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) gümüş medal qazanıb.

Gununsesi.info-nun xəbərinə görə, 60 kq çəki dərəcəsindəki Nurlan Kəriml finalda niderlandlı Cokhem fan Hartenə məğlub olaraq, 2-ci yeri tutub.

Qeyd edək ki, daha əvvəl 48 kq-da Könül Əliyeva və 55 kq-da Murad Əliyev gümüş medal əldə edib.

Gununsesi.info