3 dəqiqəyə transformasiya edərək uça bilən avtomobil - VİDEO

  • By admin
  • 01 Noyabr 2020 23:09

 

Slovakiyada yerləşən “Klein Vision” adlı bir AR-GE şirkətinin qurucusu olan professor Stefan Klein 30 ildir həm havada, həm də quruda istifadə edilə bilən avtomobil hazırlamağa çalışır və o, hədəfinə çatmağa çox yaxındır.

Milli.Az ted.az-a istinadən bildirir ki, AirCar adlı bir vasitə istehsal edən professor bu avtomobilin həm havada, həm də quruda istifadəsini təmin edib. Sadəcə 3 dəqiqə ərzində təyyarəyə dönən avtomobil, aviasiya protokollarına da cavab verir.

1100 kiloqramlıq nəqliyyat vasitəsi iki sərnişin tutumuna malikdir və əlavə 200 kiloqram yük daşıya bilər. Avtomobil BMW tərəfindən istehsal olunan 140 at gücündə mühərrikə sahibdir. Üstəlik, 300 metr məsafəyə qalxa bilən avtomobilin sürəti saatda 200 kilometrə çata bilər.

AirCar-ın bir xülya olduğunu düşünürsünüzsə yanılırsınız. Çünki professor Klein avtomobilə artıq talib çıxdığını açıqlayıb. Beləliklə, avtomobil bütün detalları ilə hazır olan kimi satılacaq. Lakin şirkət hazırda bu avtomobilin qiyməti ilə bağlı açıqlama vermir. AirCar-ın qiyməti çox güman ki, tamamlama işləri başa çatdıqdan sonra müəyyənləşəcək.