3 gün əvvəl yoxa çıxdı – Bu gün meyiti tapıldı

  • By admin
  • 24 Sentyabr 2016 15:53

161054_src

 

Bu gün Salyanda 3 gün əvvəl yoxa çıxmış Salyan şəhər sakini, 1964- cü il təvəllüdlü İsmayılov Yaqub Gülhüseyn oğlunun meyiti Kür çayından tapılıb.

Gununsesi.info-nun məlumatına görə, cəsəd FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suya düşərək batdığı ehtimal olunan yerdən 32 kilometr aralıda – Neftçala rayonunun Surra kəndi ərazisində tapılıb.

Qeyd edək ki, Yaqub İsmayılovun evi Salyan şəhərində Kür çayının sahilində yerləşir. Hadisə baş verən gün sentyabr ayının 21-də axşam saatlarında həyat yoldaşına hava almaq üçün Kür çayının sahilinə getdiyini deyib və elə o vaxtdan da ondan bir xəbər yox idi. Amma Yaqub İsmayılovun Kür çayında boğulma ehtimalı yarandığından FHN-nin DSXX-nin əməkdaşları 3 gün idi ki, Kür çayında intensiv axtarışlara başlamışdılar.

Hüquq-mühafizə orqanlarında baş vermiş hadisə ilə bağlı arşdırmalara başlanılıb.

 

Gununsesi.info