3 gün əvvəl itkin düşmüşdü, meyiti tapıldı

  • By Ayshan
  • 29 Dekabr 2025 11:53

Qusar rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

Gununsesi.info -nun  məlumatına görə, rayonun Haçatala kənd sakini, 1974-cü il təvəllüdlü Şahtəmir Sədrəddin oğlu Vələdov dekabrın 25-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatla dekabrın 27-də onun meyiti kəndin ərazisindən keçən su arxında tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Gununsesi.info