“3 gün dodaqlarım birləşdi, ağzım qanla doldu” - Elnarənin daha bir qurbanı

  • By admin
  • 26 May 2018 14:18
Kosmetoloq Elnarə Rzayevanın prosedurları nəticəsində sağlamlığına ciddi ziyan dəydiyini iddia edən daha bir xanım dəhşətli faktlar açıqlayıb.

Gununsesi.info Criminal.az-a istinadən xəbər verir ki, G.O-va iddia edib ki, E.Rzayeva onun pulunu alıb, qızıl boyunbağısını girov götürərək dodaqlarını bərbad hala salıb:

”Dodağımda süni gel var idi. Elnarə Rzayevanın reklamını görməyənə qədər heç nə etdirməyi düşünmürdüm. Reklamı görəndən sonra ona müraciət etdim ki, dodağımdakı gel təbii olsun. Buna görə də Elnarənin müayinəsinə yazıldım və yanında oldum. Sual verdim ki, yaxın günlərdə qohum toyu var, həmin vaxta kimi dodağım düzələcəkmi? Bildirdi ki, 400 manat ödəniş edim, bir iynə vuracaq, bir həftədən sonra yenidən gedəcəm yanına, 400 manat ödəniş edəcəm, bir prosedur da edəcək, sonra 50 manata mənə krem verəcəm.

Beləliklə inandırdı ki, dodağım maksimum 20 günə sağalacaq. Hətta dedi ki, bu gün yox, sabah, ya biri gün gəlsəm gecikə bilərəm, hər günün bir hökmü var. Ondan ayrılıb iki gün sonra kilinikaya yenidən getdim. 400 manat ödəniş etdim, dodağıma bir iynə vurdu. Evə gəldim, dodağım şişdi. Bir həftə keçəndən sonra yenidən onun yanına getdim. Bu dəfə üstümdə 325 manat pulum var idi, 75 manatım çatmadı. Dedim, bu qədər düzəldə bildim, ödənişi sonra yoxlanışa gələndə edərəm. Boğazımdakı qızıl boyunbağımı göstərib dedi ki, girov qoy, gəlib ödənişi edəndə götürərsən. Mən də verdim”.

Şikayətçinin sözlərinə görə, E.Rzayevanın dediyi müddət keçib, heç bir irəliləyiş olmayıb, əksinə ikinci prosedurdan sonra ağzı-burnu yara töküb, inanılmaz dərəcədə pis günə qalıb:

”Ağzımın içi necə yara tökdüsə, dişlərimi belə hiss etmədim. Elnarə dedi ki, belə olmalıdır, məcbur olub gözlədim. Günlərlə yemək yeyə bilmədim, amma demişdi ki, hər gün sağalmağa doğru gedəcək. Hər gün yaram bir az qabardı, ağzım qanla dolu idi, danışa bilmirdim. Ağzımı tərpədən kimi qan axırdı. Gecələr yatanda dodaqlarım bir-birinə birləşirdi, onun dərdindən ağzıma trubuçka qoyurdum. Düz 5 ay mən o dünyanı görüb gəldim. Bir gün yuxudan ayıldım ki, dodaqlarım birləşib, 3 gün sonra ağzım açıldı. Sistem köçürüldü ki, immunitetim zəifləməsin. 54 kiloqramdan 39-a düşdüm. Dodağım sağalmadığını görüb yanına getdim. Nə vaxt ona yazırdımsa, işi olduğunu bəhanə edərək məni qəbul etmək istəmirdi.

Bir gün ona xəbər vermədən klinikasına getdim, ona gəldiyimi xəbər verdilər. Yarım saat gözləyəndən sonra yanına keçdim. Verdiyim pulumu istəyəndə kobudcasına əl işarəsi ilə ”gələ” dedi. Başladı ki, səni Orxan Abbasov göndərib yanıma. Guya mən getmişəm Orxan adlı cərrahın yanına, o da deyib ki, dodağımdan geli əməliyyat vasitəsilə götürüm. Dedi ki, sən Orxanın məşuqəsisən. Əlini başladı stola vurmağa, sonra gəldi yanıma, əlini sillə vuracaq kimi göstərək ”çıx otaqdan” dedi. ”Pulumu istəyirəm” deyəndə məni itələdi. Yerə yıxıldım, qalxa bilmədim. Məni başladı çəkməyə ki, baxın, Orxanın məşuqəsi gəlib. Bax, axşam sənin görüntülərini yayacam, tutub boğazımdan dartdı. Əlimi dəfələrlə qapının arasında qoydu, əlim kəsilmişdi, bədənimdə xəsarət izləri vardı”.

”Elə ordan 102-yə zəng etdim, bölmədən gəlib şəklin çəkdilər. Səhəri günü polislər kamera görüntülərini çıxartmağa gedəndə həmin günün çəkilişi silinmişdi. Polis izahatımı aldı, iş Nəsimi rayon Polis İdarəsində istintaqa göndərildi. Sonra bilmirəm necə oldu, qızıl boyunbağım ondan alıb özümə qaytardılar. Pulum isə almadılar. Sonra işim Nəsimi ayon Prokurorluğuna göndərildi. Orda Ələkbər müəllimlə danışdım. Söz verdi ki, Elnarədən pulumu alıb qaytaracaq. 8 aydır pulumu almayıblar. Nəhayət bu həftənin birinci günü prokuror Salman Məmmədəli ilə görüşdüm. Bildirdi ki, özü araşdırıb nəzarətə götürəcək. Bu işi boş buraxmayacam, əlimdə sübutlarım və ekspert rəyim var”.

E.Rzayeva isə G.O-ova adlı pasientinin olduğunu inkar edir, bunu şər və böhtan adlandırır.

Xatırladaq ki, E.Rzayevanın prosedurlarından zərərçəkən Validə Firidunova da onu polisə verib. Kosmetoloqun barəsində Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığıa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Başqa bir şikayətçi Aygün Məmmədova isə kosmetoloqa qarşı Nizami rayon məhkəməsində iddia qaldırıb.

Gununsesi.info