
“Harri Potter”in 27 yaşlı aktrisası Emma Uotson 3 ildir birlikdə olduğu sevgilisindən ayrılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisa 2015-ci ildən 37 yaşlı Uilyam Naytla birlikdə idi. Uzun müddət münasibətlərini gizli saxlayan sevgililər ilk dəfə oktyabrda birlikdə görüntülənib.
İndi isə Uilyam və Emma ayrıldıqlarını bildiriblər. Onların bu addımı atmasına nəyin səbəb olduğu hələ açıqlanmayıb.
Qeyd edək ki, Uotson bundan əvvəl müğənni Corc Kreyq, Metyu Canney, Uill Adamoviç, Cey Berrimorla eşq yaşayıb.
Gununsesi.info