3 məktəbli qızdan ŞOK ƏMƏL: eyni evdə…

  • By admin
  • 11 Fevral 2021 15:31

Moskvada 3 məktəbli qız eyni vaxtda intihara cəhd edib.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA “Novosti” paytaxt meriyasındakı mənbəyə istinadən bildirib.

Məlumata görə, ötən gecə Perovskoye prospektindəki evin sakinlərindən biri qonşuda qeyri-adi davranışı görərək polisi çağırıb. Gələn polis mənzildə 3 məktəbli qız tapıb. Onlardan ikisi huşsuz, digəri isə halsız vəziyyətdə aşkarlanıb. Məktəblilər kəskin zəhərlənmə diaqnozu ilə Filatov Uşaq Xəstəxanasına yerləşdirilib.

13 yaşlı qızlar hazırda reanimasiya şöbəsində yatır. Hüquq-mühafizə orqanları baş verənlərin təfərrüatlarını öyrənməyə çalışır.

Moskva şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Departamentinin mətbuat xidməti yaxın gələcəkdə sosial müdafiə işçilərinin ailələrə baş çəkəcəklərini və psixoloji daxil olmaqla, lazımi kömək təklif edəcəklərini deyib. Hesabatda deyilir ki, onlardan heç biri əvvəllər sosial dəstək üçün müraciət etməyib.

Gununsesi.info