
Təxminən 3,3 milyon ukraynalı və ya Rusiyanın tammiqyaslı işğalından əvvəl, ölkə əhalisinin təxminən 8%-i heç vaxt Ukraynaya qayıtmaya bilər.
Gununsesi.info Bloomberg istinadən xəbər verir ki, bu, Ukraynanın qeyri-dövlət İqtisadi Strategiya Mərkəzinin (CES) araşdırmasının nəticələrindən irəli gəlir.
Tədqiqatçılar qeyd edirlər ki, 2022-ci ilin dekabrından geri qayıtmayanların sayı 400-600 min nəfər artıb.
“Bu dəyişiklik uzun sürən müharibənin və qaçqınların xaricdəki həyata uyğunlaşmasının nəticəsidir. Müharibə zonasını tərk edən insanların geri qayıdacaq yeri olmaya bilər”.
Məlumataa görə, ötən ilin sonundan sayı 300-500 min nəfər artmış qaçqınların əksəriyyətini 35-49 yaşlı qadınlar (18%) və uşaqlar təşkil edir. Onların yarıdan çoxu Aİ-nin nəzdində Almaniya və Polşada yaşayır.
Eyni zamanda, xeyli sayda qaçqın gəlirlərinin böyük hissəsini də itirib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının avqustun sonuna olan məlumatına görə, dünyada 6 milyondan çox ukraynalı qaçqın var, onlardan 5,8 milyonu Avropadadır.
“Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya bildirib ki, Ukrayna hakimiyyəti səfərbərlikdən qaçanları geri qaytarmaq üçün başqa ölkələrə müraciət edə bilər.
“Əslində dünyanın istənilən ölkəsində (Rusiyadan başqa) hüquq-mühafizə orqanlarımız gəlib belə şəxslərin ekstradisiyası üçün müraciət edə və müvafiq məsuliyyət daşımaları üçün Ukraynaya gətirə bilər”.
Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiyanın işğalından sonra Ukrayna hakimiyyəti ümumi səfərbərlik elan edərək, 18-60 yaş arası kişilərin ölkəni tərk etməsinə qadağa qoyub.
Tərcümə
Şəbnəm
Gununsesi.info