3 min dollar borca görə 6 avtomobilin hamısına həbs qoyulub. Bu avtomobillərdən biri də paytaxt sakini İlqar Ələsgərova məxsusdur.
Gununsesi.info-nun xezerxeber-ə istinadən bildirir ki, həbs qərarına görə o maşınını, öz adına qeydiyyata saldıra bilmir. Hüquqşunaslar isə deyir ki, belə kiçik məbləğə görə bu qədər avtomobilin üzərinə həbs qoyulması düzgün deyil.
3 min dollar borca görə 40-50 min manat dəyərində olan 6 avtomobilə həbs qoyulub.
Paytaxtın Binəqədi Rayonu Rəsulzadə qəsəbəsində yaşayan İlqar Ələsgərov ötən ilin aprel ayında baş etibarnamə ilə minik avtomobili alıb. Bir müddət əvvəl maşını öz adına rəsmiləşdirmək istədikdə isə problemlə üzləşib.
İlqar Ələsgərova bildirilib ki, avtomobilin rəsmi sahibinin banka borcu olduğu üçün əmlakına həbs qoyulub. Bu maşın da həbs qoyulan əmlaka daxildir.
İlqar Ələsgərovun sözlərinə görə, məsələ ilə bağlı qərarı çıxaran məhkəməyə müraciət ediblər. Oradan bildirilib ki, yalnız borc ödəndikdən sonra avtomobilin üzərindəki həbs götürülə bilər.
Hüquqşünas Anara Ramazanov deyir ki, kiçik məbləğli borca görə 6 avtomobilin üzərinə həbs qoymaq düzgün deyil.
Huquqşunas Anar Ramazanov bildirir ki, İlqar Ələsgərov maşının rəsmi sahibi ilə birlikdə məhkəməyə müraciət edərək həbsi ləğv etdirə bilər. Etibarnamə və alqı-satqı ilə bağlı digər sənədləri də sübüut kimi məhkəməyə təqdim etməlidir.Borclu şəxs həmçinin məhkəmədə iddia qaldıraraq həddən artıq əmlakına həbs qoyulduğu üçün dəyən maddi və mənəvi zərəri də bankdan tələb edə bilər.
Gununsesi.info