
Bir müddət öncə ikinci əri, teleaparıcı Erhan Çelikdən boşanan müğənni Gülbən Ergən 3 oğlu ilə birlikdə birinci həyat yoldaşı Mustafa Ərdoğanı evində ziyarət edib.
Gununsesi.info xəbər verir ki, ailə yeməyində M. Ərdoğanın valideynləri də iştirak edib.
Görüşdən çəkilmiş fotonu İnstaqram hesabında paylaşan sənətçi “Ailə bütövlüyümüz uşaqlarımız üçün heç vaxt pozulmadı, pozulmayacaq” deyə şərh edib.
Gununsesi.info