3 otaqlı ev əşyaları ilə külə döndü - BİLƏSUVARDA

  • By admin
  • 08 Avqust 2017 21:03

yanan-ev-yangin-yanqin-yangin

Biləsuvarda yanğın faktı qeydə alınıb.

Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 13:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info