Bakıda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info FHN-nin saytına istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info