3 qadın keşişə təcavüz etdi

  • By admin
  • 27 İyul 2017 13:20

200202454-001

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Zimbabvedə keşiş 3 qadın tərəfindən təcavüzə uğrayıb.

Belə ki, gənc qadınlar keşişdən borc pul alıb. Daha sonra isə onlar borcu qaytarmaq bəhanəsi ilə keşişi evə çağırıblar. 21 yaşlı Sandra, 23 yaşlı Riamuhetsi və 25 yaşlı Mongiv əvvəlcə keşişi yerə yıxıb əl-qolunu bağlayıblar. Sonra isə onu yataq otağına aparıb təcavüz ediblər.

Bədbəxt hadisə ilə üzləşən keşiş qadınları məhkəməyə verib. Onun vəkili Petros Şoko zərərçəkmişin adının gizli qalmasını istəyib.

Qadınlar törətdikləri əməli etiraf ediblər. Onların hər üçü həbs olunub.

Gununsesi.info