
Rusiya Mərkəzi Bankı avqustun 7-də 3 rubl nominalında yeni gümüş pul dövriyyəyə buraxacaq.
Gununsesi.info “vistanews.ru”ya istinadla xəbər verir ki, “Georgi Pobedonoseç” adlanacaq pulun diametri 39 millimetrdir. Pulun tirajı 500 min ədəd təşkil edəcək.
Qanuni ödəniş vasitəsi sayılan pul yalnız Rusiya Federasiyası ərazisində istifadə olunacaq.
Gununsesi.info