3 saylı İstintaq Təcridxanasına yeni kadr təyinatı olub.
Gununsesi.info modern.az-a istinadən məlumat verir ki, ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun imzaladığı əmrlə 17 saylı Cəza Çəkmə Müəssisəsinin rəisi Əliyev Cəlil Misir oğlu 3 saylı İstintaq Təcridxanasına rəis gətirilib.
Qeyd edək ki, dünən Bakı istintaq təcridxanasının rəisi Rəşid Səfərov tutduğu vəzifədən azad olunub. Onun yerinə 3 saylı istintaq idarəsinin rəisi Elnur İsmayılov təyin olunub.
Gununsesi.info